İtaliyada çalışan qadın futbol müxbirləri meydandakı peşəkar performansları və diqqət çəkən görünüşləri ilə müzakirə mövzusuna çevriliblər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onlar haqqında "Müxbir deyillər, modeldirlər" və "Onlar agentliklər tərəfindən seçilibmi?" kimi şərhlər edilib.
Canlı oyun yayımları və meydanda müsahibələri ilə məşhurlaşan reportyorlar qısa müddətdə geniş auditoriya qazanıblar. Onların paylaşımları, xüsusən də futbol azarkeşləri tərəfindən böyük maraqla qarşılanıb.

Oyun yayımları və meydandakı müsahibələri ilə seçilən reportyorlar üçün bəzi istifadəçilər "Onlar reportyor deyillər, modellərdir" və "Bu insanları agentliklərdən seçirlərmi?" şərhlərini yazıblar.

Gözəlliklərindən əlavə, meydandakı bilikləri və peşəkar davranışları da diqqəti cəlb edir. İzləyicilər reportyorların təkcə görünüşləri ilə deyil, həm də futbol təcrübələri ilə seçildiyini vurğulayıblar.
