"Liverpul" və "Bayer" PSJ-nin seneqallı hücumçusunu  almaq istəyirlər
06 avqust 2026 09:38 (UTC +04:00)

"Liverpul" və "Bayer" PSJ-nin seneqallı hücumçusunu almaq istəyirlər

0

İngiltərənin "Liverpul" və Almaniyanın "Bayer" klubu Fransa çempionu PSJ və Seneqal millisinin hücumçusu İbrahima Mbayenin xidmətlərində maraqlıdır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 18 yaşlı futbolçu PSJ-dən ayrılmaq qərarına gəlib və karyerasını "Liverpul"da davam etdirmək istəyir.

Ötən mövsüm Mbaye PSJ-də 31 oyunda meydana çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib. Onun Paris klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir. 

O, 2026-cı il Dünya çempionatında dörd oyunda iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar