"Mançester Siti"nin ulduzu Əbu-Dabidə  dəbdəbəli villa   aldı 
13 oktyabr 2026 12:00 (UTC +04:00)

"Mançester Siti"nin ulduzu Əbu-Dabidə dəbdəbəli villa aldı 

0

"Mançester Siti"nin hücumçusu Erlinq Haland Birləşmiş Ərəb Əmirliklərindəki siyahısına lüks daşınmaz əmlak əlavə edib. Yeri gəlmişkən, onun atası, keçmiş futbolçu Alf-İnqe Haland da eyni kompleksdə bir əmlak alıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 26 yaşlı norveçli nüfuzlu "Manchester City Yas Residences by Ohana" otelində beş yataq otaqlı villanın sahibi olub. Bu genişmiqyaslı layihə Əbu-Dabidə, Yas adasının yaxınlığında tikilir.

Futbolçu yaşayış kompleksinin ikinci mərhələsinin təqdimatı zamanı nümayiş etdirilən videomüraciətdə əmlakın alınmasını şəxsən elan edib.

Haland deyib: "Bu layihənin bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Bu yaxınlarda ev aldım, atam da. Tezliklə qonşu olacağıq".

Layihənin ümumi dəyəri təxminən 3,9 milyard avro olaraq qiymətləndirilir. 1,67 milyon kvadratmetrlik ərazidə 2000-dən çox yaşayış binasının tikintisi planlaşdırılır. Kompleksin infrastrukturuna “Mançester Siti” futbol akademiyası, idman meydançaları, üzgüçülük hovuzları, fitnes mərkəzləri və istirahət zonaları daxil olacaq. Tikinti işlərinin 2029-cu ildə başa çatdırılması planlaşdırılır.

Halandın villası üçün nə qədər pul ödədiyi hələlik məlum deyil - alış qiyməti açıqlanmayıb.

Yaşayış layihəsinin təqdimatında 4000-dən çox qonaq iştirak edib. İştirak edənlər arasında futbolçunun atası Alf-İnge Haland da olub. "Mançester Siti"nin keçmiş baş məşqçisi Pep Qvardiola tədbirdə xüsusi qonaq olub və kompleksin rəsmi səfiri kimi təqdim olunub.

Qeyd etmək lazımdır ki, norveçli hücumçu artıq Böyük Britaniya, Norveç və İspaniyada mülklərə sahibdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar