Mançini İtaliya millisindən ayrılmağı düşünür,  PSJ-yə gedə bilər
29 mart 2023 13:49 (UTC +04:00)

Mançini İtaliya millisindən ayrılmağı düşünür, PSJ-yə gedə bilər

İtaliya yığmasının baş məşqçisi Roberto Mançini komandanın son çıxışlarından məyusdur və gələcəyini ciddi şəkildə düşünür. 

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə,onun İtaliya Futbol Federasiyası ilə müqaviləsi 2026-cı ilə qədərdir, lakin PSJ və “Tottenhem” mütəxəssislə maraqlanır və Mançini milli komandanı tərk etmək istəyində ola bilər.

İtaliya Avro-2024-ün seçmə mərhələsinə uğursuz başlayıb, İngiltərəyə 1:2 hesabı ilə uduzub və Maltanı 2:0 hesabı ilə məğlub edib. Adətən futbolçularını müdafiə edən Mançini onları bu münasibətinə görə tənqid edib.

Qeyd olunur ki, Mançini klublarla da münasibəti pisdir, klublar çox cüzi zədələrə görə futbolçularını çox vaxt milliyə buraxmırlar. Üstəlik, o, əvvəllər komandanın 2022-ci il dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün təqiblərdən qaça bilsə də, mətbuat məşqçiyə hücum çəkməyə başlayıb.
 

# 954
avatar

Oxşar yazılar