Maykl Kerrik bu mövsümün sonuna qədər "Mançester Yunayted"in baş məşqçisi olacaq.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Mançester klubu artıq 44 yaşlı mütəxəssislə razılığa gəlib.
Keçmiş "Mançester Yunayted" yarımmüdafiəçisinin komandadkı sonuncu mövsümü 2025-ci ilin yayında ayrıldığı "Midlsbro"da olub. Karrik Ole Qunnar Sulşerin köməkçi meneceri, həmçinin onun gedişindən sonra müvəqqəti baş məqşçi vəzifəsində çalışıb.
İngiltərə Premyer Liqasında 21 oyundan sonra "Mançester Yunayted" turnir cədvəlində 7-ci yerdədir.