Mbappe zorlamada  ittiham olunur
15 oktyabr 2024 15:54 (UTC +04:00)

Mbappe zorlamada ittiham olunur

“Real Madrid” və Fransa millisinin hücumçusu Kilian Mbappe zorlamada ittiham olunur.

Lent.az xəbər verir ki, hadisə İsveçin paytaxtı Stokholmda yerləşən otellərin birində baş verib. Mətbuatda Mbappenin yaşadığı İsveç otelində zorlama hadisəsi baş verməsi ilə bağlı məlumatlar yayılıb. Polis faktla bağlı araşdırma aparıldığını təsdiqləyib.

Futbolçunun ətrafı ittihamı tamamilə yalan adlandırıb. Futbolçunun özü də bu durumu şərh edərək, keçmiş klubu PSJ-nin bu işdə əli olduğunu deyib.

Qeyd edək ki, Fransa millisinin baş məşqçisi Didye Deşam zədəsini tam sağaltmaq üçün Mbappeni oktyabr toplanışına çağırmayıb. Oktyabrın 11-də Fransa və İsrail millisi arasında keçirilən oyun zamanı (4:1) futbolçu gecəni restoranda, daha sonra isə klubda keçirib.

Mbappe ötən yay azad agent kimi Paris klubundan “Real Madrid”ə keçib. Futbolçu Los Blancos üçün bütün yarışlarda 11 oyun keçirib, yeddi qol vurub və bir məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4254
avatar

Oxşar yazılar