Messiyə "Barselona" ilə bağlı VƏD VERİLDİ
03 oktyabr 2023 10:08 (UTC +04:00)

Messiyə "Barselona" ilə bağlı VƏD VERİLDİ

“İnter Mayami”nin sahibi Xorxe Mas argentinalı hücumçu Lionel Messiyə “Barselona” azarkeşləri ilə vida mərasimi təşkil edəcəyinə söz verdiyini bildirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Masın sözlərinə görə, Messi “Barselona”dan öz istəyi ilə ayrılmayıb:

“Messinin “Barselona”dan ayrılması onun istəyi deyildi. O, uşaqlıqda onu qəbul edən klubu ilə vidalaşa bilmədi və məncə, vəziyyət Lionelin istədiyi kimi olmadı. Ona söz verdim ki, Barselonadakı azarkeşləri ilə vidalaşmaq imkanı olsun deyə, qarşıdakı illərdə mümkün olan hər şeyi edəcəyəm. Ola bilsin ki, hansısa matç keçirək”.

Xatırladaq ki, Messi yay transfer pəncərəsində “İnter Mayami”yə keçmişdi. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm futbolçu bütün turnirlərdə 12 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9546
avatar

Oxşar yazılar