Millimiz FİFA reytinqində irəlilədi
06 oktyabr 2022 13:28 (UTC +04:00)

Millimiz FİFA reytinqində irəlilədi

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi dünyanın 123-cü komandasıdır.

Komandamızın aktivində 1146,72 xal var. Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 19,55 xallıq qazancla 5 pillə irəliləyib.

Buna millimizin qələbələri səbəb olub. Yığmamız Millətlər Liqasında Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib. Komandamız 5 ölkəni - Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını keçib.

Qardaş Türkiyə yığması 1460,14 xalla 45-cidir. “Ay-ulduzlular” ötən cədvəllə müqayisədə üç pillə geriləyib.

Qeyd edək ki, cədvələ 1841,30 xalla Braziliya başçılıq edir.

# 1038
avatar

Oxşar yazılar

DÇ-2022 : Belçika Mərakeşə uduzub

DÇ-2022: Belçika Mərakeşə uduzub

27 noyabr 2022 , 19:14
DÇ-2022 : Kosta-Rika Yaponiyanı məğlub edib

DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

27 noyabr 2022 , 17:54
Ronaldonu “Mançester Yunayted”də onlar  əvəz edə bilər

Ronaldonu “Mançester Yunayted”də onlar əvəz edə bilər

27 noyabr 2022 , 16:45
Neymarın zədələnməsi ilə bağlı ŞOK İDDİA:  Qəsdən edilib

Neymarın zədələnməsi ilə bağlı ŞOK İDDİA: Qəsdən edilib

27 noyabr 2022 , 13:29
Dünya çempionatının ən yaxşı oyunçusu  onu alacaq

Dünya çempionatının ən yaxşı oyunçusu onu alacaq

27 noyabr 2022 , 09:36
Messi yenə Maradonaya çatdı

Messi yenə Maradonaya çatdı

27 noyabr 2022 , 01:55
Dünyanın ƏN DƏBDƏBƏLİ  xizək kurortları   – SİYAHI

Dünyanın ƏN DƏBDƏBƏLİ xizək kurortları – SİYAHI

26 noyabr 2022 , 20:15
Azərbaycanın veteran futbolçusu vəfat etdi - FOTO

Azərbaycanın veteran futbolçusu vəfat etdi - FOTO

26 noyabr 2022 , 11:40