Millimiz seçmə mərhələyə qələbə ilə BAŞLADI
23 mart 2023 01:58 (UTC +04:00)

Millimiz seçmə mərhələyə qələbə ilə BAŞLADI

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. 

Lent.az xəbər verir ki, Bosniya və Herseqovinada keçirilən oyunda millimiz Qazaxıstan yığması ilə qarşılaşıb.

2:0 hesabı ilə millimizin xeyrinə başa çatan oyunda qolları Ayşən Salamzadə və Aydan Həsənova vurub.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 25-də meydan sahibi Bosniya və Herseqovina komandasına qarşı keçirəcək.

# 1809
avatar

Oxşar yazılar