Misir millisinin direktoru Salahın  ABŞ çempionatına  getməsinə qarşı çıxdı
30 mart 2026 19:04 (UTC +04:00)

Misir millisinin direktoru Salahın ABŞ çempionatına getməsinə qarşı çıxdı

0

Misir millisinin direktoru İbrahim Həsən “Liverpul”un hücumçusu Məhəmməd Salahın MLS-ə mümkün transferi ilə bağlı xəbərləri şərh edib.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, o bildirib ki, Salahın Avropada qalmasını istəyir:

“Eşitmişəm ki, ona PSJ, Bavariya və A Seriyası klubları maraq göstərir. MLS-ə keçərsə, Məhəmməd diqqət mərkəzindən uzaq düşəcək. O zaman siz Salahı mənim indi Lionel Messi haqqında xatırladığım qədər xatırlayacaqsınız. Mən hətta onun oyununu izləməyə də çalışmıram”.

Martın 24-də Salah 2025/26 mövsümünün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.

Hücumçu klubun heyətində bütün turnirlərdə 435 oyuna çıxıb, 255 qol vurub və 122 məhsuldar ötürmə edib.

Daha əvvəl onunla “Inter Mayami” və “Əl-İttihad” klubunun maraqlandığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar