37 yaşlı qabonlu hücumçu Pyer-Emerik Obameyanq İspaniya La Liqasına qayıdacaq.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, səkkiz illik fasilədən sonra Fransanın “Marsel” klubundan La Liqaya qayıdan “Deportivo La-Korunya”ya qoşulacaq.
İspaniya klubu Obameyanq üçün 1,5 milyon avro ödəyəcək.
Ötən mövsüm Obameyanq “Marsel”də 41 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.
Obameyanq 2022-ci ildə "Barselona"da oynayıb.