Polis  azarkeşin ölümünə   səbəb oldu -  VİDEO
07 oktyabr 2022 19:01 (UTC +04:00)

Polis azarkeşin ölümünə səbəb oldu - VİDEO

Oktyabrın 7-nə keçən gecə baş tutan Argentina Primerasının "Ximnasiya" və "Boka Xuniors" görüşünə böyük qalmaqal kölgə salıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinəgörə, buna səbəb polisin hərəkətləri olub, buna görə də oyun artıq 9-cu dəqiqədə dayandırılıb.

Məsələ burasındadır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları stadionun kassasına toplaşan azarkeşlərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etmək qərarına gəliblər. Azarkeşlər əllərində bilet olsa da, oyun başlayanda stadiona girə bilmədiklərindən hiddətlənməyə başlayıblar.

Nəticədə meydana düşən qaz futbolçulara, məşqçilər korpusuna və hakimlər heyətinə, eləcə də girişə ən yaxın tribunalardan olan azarkeşlərə təsir edib.

Baş hakim Ernan Mastranhelo görüşü dayandırmaq qərarına gəlib və sonradan oyun davam etdirilməyib. Fakt budur ki, polisin hərəkəti azarkeşlərdən birinin ölümünə səbəb olub. Bu barədə bir müddət sonra, oyun dayandırıldıqdan sonra "Boka Xuniors"un mətbuat xidməti məlumat yayıb. Bir müddət sonra faciəvi xəbəri yerli hakimiyyət orqanları da təsdiqləyib.

Buenos-Ayres əyalətinin təhlükəsizlik naziri Serxio Berni deyib: "Təəssüf ki, bir azarkeş ölüb. O, xəstəxanaya aparılarkən ürək tutmasından dünyasını dəyişib”.

Qeyd edək ki, La-Platadakı Xuan Karmelo Serillo stadionunda yalnız “Ximnasiya”nın azarkeşləri iştirak edirdi, çünki Buenos Ayres əyaləti tez-tez baş verən zorakılıqlara görə 2013-cü ildən bəri azarkeşlərin oyunlara gəlməsini qadağan edib.

Polis azarkeşin ölümünə səbəb oldu

# 2367
avatar

Oxşar yazılar