Portuqaliya Türkiyəni böyük hesabla  məğlub etdi
22 iyun 2024 22:02 (UTC +04:00)

Portuqaliya Türkiyəni böyük hesabla məğlub etdi

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyə və Portuqaliya milliləri üz-üzə gəlib.

Lent.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda Portuqaliya 3 cavabsız qolla qalib gəlib.

Oyunun 21-ci dəqiqəsində Bernardo Silva hesabı açıb. Oyunun 28-ci dəqiqəsində Metin Akaydın topu öz qapısına vurub.

Qarşılaşmanın yekun qolunu 55-ci dəqiqədə Bruno Fernandeş reallaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496
avatar

Oxşar yazılar