Premyer Liqanın ən bahalı  transfer komandası - Bir milyard avro dəyərində 
03 sentyabr 2026 09:23 (UTC +04:00)

Premyer Liqanın ən bahalı transfer komandası - Bir milyard avro dəyərində 

0

Premyer Liqa transfer bazarında yenidən aktivlik nümayiş etdirib. 100 milyon avroya yaxınlaşan transferlərin sayı gözlənilməzdir. 

Lent.az-ın məlumatına görə, Score90 İngiltərə liqasının ən bahalı yay transferlərinin siyahısını tərtib edib.

Yayın ən bahalı qapıçısı Ceyms Trafford olub. O, 47 milyon avroya "Mançester Siti"dən "Lids"ə keçib.

Müdafiə xətti – Ezri Konsa (“Aston Villa” – “Arsenal”, 60 milyon), Ceremi Jake (“Renn” – “Liverpul”, 64 milyon), Maksans Lakrua (“Kristal Pelas” – “Çelsi”, 61 milyon), Jan-Pol van Hekke (“Brayton” – “Tottenhem”, 60 milyon).


Yarımmüdafiə xətti – Sandro Tonali (“Nyukasl” – “Tottenhem”, 108 milyon), Enzo Fernandes (“Çelsi” – “Mançester Siti”, 140 milyon), Elliot Anderson (“Nottinq Forest” – “Mançester Siti”, 135 milyon).

Hücum xətti – Morqan Rocers (“Aston Villa” – “Çelsi”, 138 milyon), Bredli Barkola (PSJ – “Liverpul”, 125 milyon), Savio (“Mançester Siti” – “Tottenhem”, 88 milyon).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar