PSJ "Barselona"nın istedadını transfer  edəcək
26 yanvar 2026 19:46 (UTC +04:00)

PSJ "Barselona"nın istedadını transfer edəcək

0

Parislilər "Barselona"nın yetişdirməsi olan daha bir istedadlı futbolçu müqavilə imzalamağa yaxındırlar. 

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, PSJ 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Dro Fernandesin transferi üçün kataloniyalılarla razılığa gəlib. Gənc ispan futbolçunun tezliklə Fransa paytaxtına gələcəyi gözlənilir.

Fernandesin sərbəst qalma məbləği cəmi 6 milyon avrodur. Daha əvvəl onun oyun vaxtı az olduğu üçün "Barselona"dan ayrılmaq istədiyi bildirilib - o, bu mövsüm beş oyunda meydana çıxıb və cəmi 148 dəqiqə meydanda olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar