PSJ Mbappeni klubda belə saxlayır - SİRRİ AÇILDI
05 dekabr 2023 15:21 (UTC +04:00)

PSJ Mbappeni klubda belə saxlayır - SİRRİ AÇILDI

Paris Sen-Jermen-in prezidenti Nasser Al-Xelaifi iki şərtə müraciət edərək, Kilian Mbappe ilə müqaviləni uzatmağa çalışır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Əl-Xelaifi Mbappeni inandırır ki, PSJ-də qalmaqla tezliklə Fransa çempionatının bombardiri kimi tarixə düşə bilər. Həmçinin klub prezidenti 24 yaşlı futbolçunun Parisin əsas futbol klubunun oyunçusu olmaqla yanaşı, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında qalib olmaq şansının yüksək olduğunu vurğulayır.

Qeyd edilir ki, Mbappe PSJ-də qalsa, 23 yaşdan yuxarı olimpiya futbol komandasında çıxış edə biləcək üç futbolçudan biri olmaq yolunda heç bir maneə ilə üzləşməyəcək.

Xatırladaq ki, Mbappe hazırda 179 qolla Liqa 1-də 5-ci ən çox qol vuran futbolçudur. Birinci sırada 299 qol vuran “Monako”nun keçmiş futbolçusu Delio Onnis qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9648
avatar

Oxşar yazılar