Bir gecədə 3 piyada  öldü
13 noyabr 2026 13:24 (UTC +04:00)

Bir gecədə 3 piyada öldü

0

Bu ilin 10 ayı ərzində piyadaların vurulması ilə nəticələnən 384 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu göstərici respublika üzrə ümumi yol qəzalarının 41.1 faizini təşkil edir.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, təkcə bir gün - noyabrın 12-də Xəzər, Qaradağ və Ağsu rayonları ərazisində sutkanın qaranlıq vaxtı törədilən qəzalarda 3 piyada dünyasını dəyişib.

Rəqəmlə ifadə olunan bu hadisələr təkcə 3 nəfərin faciəsi deyil. Zərərçəkmişlərlə yanaşı, təqsirləndirilən şəxslərin də birbaşa taleyinə, ailəsinə sirayət edən bu hadisələr, əslində bərpası mümkün olmayan itkilərdir.

Təəssüf ki, məsuliyyətsiz sürücü amili ilə yanaşı, hələ də piyadalar arasında yolu istənilən yerdən keçmək alışqanlığı, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması hallarının mövcudluğu yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına müraciət edir: Yol birgə istifadə məkanıdır! Qaydaların hər kəsə şamil edildiyi bu mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı potensial faciə qurbanıdır.

Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli keçməkdir.

Unutmamalıyıq ki, bu sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar