PSJ "Real"dan onu almaq  istəyir
02 aprel 2026 16:31 (UTC +04:00)

PSJ "Real"dan onu almaq istəyir

0

Fransa çempionu PSJ İspaniya vitse çempionu "Real"ın fransız yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransa klubu 23 yaşlı futbolçunu yay transfer pəncərəsi zamanı transfer etmək istəyir.

"Kral klubu" yalnız təklif əlverişli olarsa, yarımmüdafiəçi ilə ayrılmağa hazırdır.

Kamavinqa “Renn” akademiyasının yetirməsidir. O, 2021-ci ildə 31 milyon avroya "Real"a keçib. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir. 

"Transfermarkt" onun transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar