Qadın futbolçularımız Litvanı məğlub etdi
05 aprel 2025 00:03 (UTC +04:00)

Qadın futbolçularımız Litvanı məğlub etdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.

Lent.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Vilnüsdə Litva seçməsinin qonağı olub.

“Jalgiris” stadionunda təşkil olunan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolları 21-ci dəqiqədə Esra Manya və 55-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036

Oxşar yazılar