Yunes Belhanda, futbolçu
10 mart 2021 14:12 (UTC +04:00)

Yunes Belhanda, futbolçu

"Qalatasaray" Belhanda ilə müqaviləni ləğv etdi - SƏBƏB

“Qalatasaray” mövsüm başa çatmamış bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Yunes Belhandanın müqaviləsinin ləğv edildiyini bəyan edib.

Bildirilib ki, tərəflər qarşılıqlı razılıqla sözləşmənin xitam edilməsini qərara alıblar. Bununla mərakeşli yarımmüdafiəçi mövsümün sonunu gözləmədən komandadan ayrılmalı olub.

Qeyd edək ki, Yunes Belhanda “Qalatasaray”a 2017-ci ildə Kiyev “Dinamo”sundan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776
avatar

Oxşar yazılar