“Qalatasaray”da Mauro İkardi narahatlığı 
13 sentyabr 2024 13:29 (UTC +04:00)

“Qalatasaray”da Mauro İkardi narahatlığı 

Mauro İkardinin həyat yoldaşı Vanda Nara açıqlaması ilə sarı-qırmızılı azarkeşlərin narahatlığına səbəb olub. 

Lent.az xarici mediaya istinadən təfərrüatları təqdim edir.  

"Qalatasaray"da çıxış edən Mauro İkardinin eyni dərəcədə populyar həyat yoldaşı Vanda Nara boşanma açıqlaması ilə gündəm olmuşdu.

Qatıldığı televiziya proqramında danışan Vanda Nara Mauro İkardi ilə münasibətinin "enişli çıxışlı" olduğunu bildirib.

Bu münasibəti yenidən qurmaq istədiklərini etiraf edən Vanda Nara Argentinada yaşamaq istədiyini və bunun "Qalatasaray" azarkeşlərini narahat etdiyini bildirib.

Müsahibə verən Vanda Nara "Doğrudur, dava etməyi heç sevmirəm. Nə olursa-olsun bir ailəyik. Məni və onu min dəfə bir yerdə görərsiniz. Məni axtarsa, o məni tapacaq" deyərək barışma iddialarını yenidən gündəmə gətirib.

Digər tərəfdən, Vanda Naranın "Argentinada yaşayıram və bundan sonra burada qalacağam. Burada daha bir möhtəşəm layihəmiz var..." deməsi "Qalatasaray" azarkeşlərini narahat edib. 

"Əgər barışacaqlarsa, İkardi Argentinaya qayıdacaqmı?" fikri də “Qalatasaray” azarkeşlərini narahat edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1575
avatar

Oxşar yazılar