“Qarabağ” liderliyə yüksəldi
28 yanvar 2021 18:03 (UTC +04:00)

“Qarabağ” liderliyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında V turdan təxirə salınan oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, son çempion “Qarabağ” autsayderlər zonasında qərarlaşan “Səbail”i sınağa çəkib.

Milli komandanın matçları ilə əlaqədar təxirə salınan qarşılaşma Ağdam təmsilçisinin üstünlüyü ilə keçib. Qurban Qurbanovun yetirmələri böyükhesablı qələbə qazanıblar.

“Qarabağ” bu qələbə ilə turnir cədvəlində liderliyə yüksəlib. Əyalət təmsilçisinin heyətində dubl edən Mahir Emreli isə bombardirlər yarışında təkhakimiyyətliliyə nail olub.

Qeyd edək ki, Premyer Liqada növbəti oyunlar fevralın 13-14-də baş tutacaq. XV turda “Qarabağ” “Neftçi”ni, “Sumqayıt” “Səbail”i, “Zirə” “Sabah”ı, “Qəbələ” “Keşlə”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
V turdan təxirə salınan oyun
28 yanvar
16:00. “Qarabağ” – “Səbail” - 4:0
Qol: 
Kvabena Ovusu, 18, Mahir Emreli, 25, 90+2, Patrik Andrade, 85
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 6. Patrik Andrade, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 9. Xayme Romero, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 1. Kamran Ağayev, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 99. Bahadur Həziyev
Baş məşqçi: Aftandil Hacıyev
“Azersun Arena”

# 1479
avatar

Oxşar yazılar