"Qarabağ"dan daha bir böyük darmadağın
07 oktyabr 2022 00:54 (UTC +04:00)

"Qarabağ"dan daha bir böyük darmadağın

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsinin III turunun matçına çıxıb.

Ağdam klubu səfərdə Yunanıstan “Olimpiakos”u ilə qarşılaşıb. Pireydəki görüşün ilk yarısı qarşılıqlı hücumlarla keçsə də, hesab açılmayıb. Düzdür, Abdullah Zubir matçın əvvəlində rəqib qapısına yol tapmağı bacarıb. Amma VAR-ın ofsayd qərarı ilə qol hesaba alınmayıb.

Qarşılaşmanın taleyi ikinci 45 dəqiqədə həll olunub. Hissənin ortalarında Ovusu Kvabena meydan sahiblərinin qapısına yol tapıb – 1:0. Görüşün sonlarında isə Marko Veşoviç fərqi artırıb. Ramil Şeydayevin qolu isə 3:0 hesablı darmadağını rəsmiləşdirib. “Qarabağ” ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb.

Qeyd edək ki, qrupun digər matçında “Frayburq” “Nant”ı qəbul edib. Almaniya klubu ardıcıl üçüncü qələbəsini qazanıb – 2:0.

# 3858
avatar

Oxşar yazılar

DÇ-2022 : Belçika Mərakeşə uduzub

DÇ-2022: Belçika Mərakeşə uduzub

27 noyabr 2022 , 19:14
DÇ-2022 : Kosta-Rika Yaponiyanı məğlub edib

DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

27 noyabr 2022 , 17:54
Ronaldonu “Mançester Yunayted”də onlar  əvəz edə bilər

Ronaldonu “Mançester Yunayted”də onlar əvəz edə bilər

27 noyabr 2022 , 16:45
Neymarın zədələnməsi ilə bağlı ŞOK İDDİA:  Qəsdən edilib

Neymarın zədələnməsi ilə bağlı ŞOK İDDİA: Qəsdən edilib

27 noyabr 2022 , 13:29
Dünya çempionatının ən yaxşı oyunçusu  onu alacaq

Dünya çempionatının ən yaxşı oyunçusu onu alacaq

27 noyabr 2022 , 09:36
Messi yenə Maradonaya çatdı

Messi yenə Maradonaya çatdı

27 noyabr 2022 , 01:55
Dünyanın ƏN DƏBDƏBƏLİ  xizək kurortları   – SİYAHI

Dünyanın ƏN DƏBDƏBƏLİ xizək kurortları – SİYAHI

26 noyabr 2022 , 20:15
Azərbaycanın veteran futbolçusu vəfat etdi - FOTO

Azərbaycanın veteran futbolçusu vəfat etdi - FOTO

26 noyabr 2022 , 11:40