“Qarabağ”ın Budapeşt sınağı
09 avqust 2022 07:33 (UTC +04:00)

“Qarabağ”ın Budapeşt sınağı

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la görüşəcək.

Macarıstan çempionu ilə cavab oyunu Budapeştdə baş tutacaq. Ötən həftə Bakıda qollu heç-heçə edən rəqiblər pley-offa vəsiqənin sahibini müəyyənləşdirəcək.

İlk oyuna ciddi itkilərlə çıxan Ağdam təmsilçisi bu dəfə Kadi Borqeslə Riçard Almeydanın xidmətindən yararlana biləcək. Son 4 görüşdə qol vuran təmsilçimiz bu seriyanı səfərdə də davam etdirməyə çalışacaq.

Qeyd edək ki, cütün qalibi pley-offda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub komanda isə yoluna Avropa Liqasında davam edəcək. Bu komanda pley-offda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
9 avqust
22:00. "Ferensvaroş" (Macarıstan) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Budapeşt. “Ferensvaroş” stadionu
İlk oyun – 1:1

# 1545
avatar

Oxşar yazılar