“Real” bu futbolçunu  satmaqdan   imtina etdi
08 iyun 2023 19:50 (UTC +04:00)

“Real” bu futbolçunu satmaqdan imtina etdi

“Liverpul” “Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tuçamenin transferinə nail olmayıb.

Lent.az xəbər verir ki, İspaniya klubu 23 yaşlı futbolçusunu buraxmaqdan qəti şəkildə imtina edib.

Məlumata əsasən, ingilis klubu fransız üçün 60 milyon avro təklif etsə də, “Real Madrid” bundan imtina edib. Bildirilir ki, onlar Orelyeni əsas oyunçu kimi görərək heç bir məbləğə satmaq fikrində deyillər.

Orelyen Tuçamen 2022-ci ilin yayında “Real Madrid”ə keçib. Komandanın heyətində 50 oyunda 4 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ildə başa çatır.

# 6468
avatar

Oxşar yazılar