"Real"ın futbolçuları Mbappenin yaxşı oyunçu olmasına şübhə edirlər
07 dekabr 2024 09:42 (UTC +04:00)

"Real"ın futbolçuları Mbappenin yaxşı oyunçu olmasına şübhə edirlər

“Real Madrid” oyunçuları hücumçu Kilian Mbappenin fədakarlığına getdikcə daha çox şübhə edirlər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Los Blankosun futbolçuları fransız futbolçunun hər məşqdə istedadını nümayiş etdirdiyini görsə də, onun “oyunlarda alovunun sönməsinə” diqqət yetirirlər. “Kral Klubu”nun qalan futbolçuları problemin təkcə şansların reallaşmasında deyil, həm də Mbappenin lazım olanda komandaya kömək etməyə çalışmamasında olduğunu qeyd edir.

Bu mövsüm Mbappe bütün turnirlərdə 20 oyunda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1506
avatar

Oxşar yazılar