“Sən burda neynirsən?” – dumanda da qol buraxmayan ƏFSANƏ
27 iyun 2022 02:10 (UTC +04:00)

“Sən burda neynirsən?” – dumanda da qol buraxmayan ƏFSANƏ

Müasir futbol azarkeşləri arasında “Çarlton”un sabiq qapıçısı Sem Bertramı tanıyanlar azdır.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, peşəkar karyerası boyu bir kluba qalan əfsanə 24 il bu komandanın formasını geyinib.

Futbolda hər qapıçıya heykəl qoyulmur. Xüsusilə də bu idman növünün yarandığı İngiltərədə. Abidəsi ucaldılan Sem 1937-ci ildə kuryoz hadisənin səbəbkarı olub.

Güclü duman üzündən “Çelsi” – “Çarlton” matçının iştirakı sual altında olub. Lakin “Stemford Bric”dəki görüşü başlamaq mümkün olub.

Getdikcə daha da qatılaşan duman səbəbindən hakim komandaları meydandan çıxarıb. Oyunun təxirə salınması azarkeşlərə də bildirilib və qısa müddətdə arena boşaldılıb.

Semin bütün bunlardan xəbəri olmayıb. Dumanlı havada gözünü zilləyib top axtaran, rəqibin ani hücumunu sayıqlıqla gözləyən qolkiper meydanda tək olduğunu görə bilməyib.

15-20 dəqiqə qapısına heç kimin yaxınlaşmadığını görən Bertam “Çelsi”nin meydanında dominant futbol oynadıqlarına da sevinib. Birdən ona yaxınlaşan polis “Burda neynirsən? Oyun çoxdan təxirə salınıb” deyir.

Özünü sındırmayan Sem “Görürsən, mənə belə şəraitdə də qol vura bilmədilər” deyərək özünə təsəlli verib. Bu hadisədən 85 il ötsə də, dumanla bağlı hadisə unudulmur.
 

# 3102
avatar

Oxşar yazılar