Tanınmış futbolçu sevgilisi ilə karantin qaydalarını pozdu - İTTİHAM
28 yanvar 2021 16:13 (UTC +04:00)

Tanınmış futbolçu sevgilisi ilə karantin qaydalarını pozdu - İTTİHAM

İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo karantin qaydalarını pozmaqda ittiham olunur.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçunun sevgilisi Corcina Rodrigeslə birgə koronavirusa qarşı protokolu pozduğu iddia edilir.

Cütlük Pyemont və Valle-Daosta arasında sərhədi keçərkən qaydalar çərçivəsindən çıxıblar. Onlar Corcinanın 27 yaşını dağ xizəyi kurortunda qeyd edib.

Ronaldo və sevgilisinin Val Veni yamacında gəzdikdən sonra Kurmayora qayıdıb. Bu zaman onlar rəsmən bağlı olan oteldə məskunlaşıblar. Bu, internetdə yayılan videoda da əksini tapsa da, tezliklə görüntülər silinib.

# 1833
avatar

Oxşar yazılar