Tanınmış idmançı yoxa çıxdı, Qrımızı Xaç Komitəsi də axtarır - FOTO
25 mart 2023 18:53 (UTC +04:00)

Tanınmış idmançı yoxa çıxdı, Qrımızı Xaç Komitəsi də axtarır - FOTO

Norveçdə məşhur biatlonçu 22 yaşlı Eyvind Sporaland itkin düşüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, könüllülər və polis idmançıdan heç bir izə rast gələ bilmir, ondan yalnız bir avtomobil qalıb.

Sporaland özəl biatlon komandalarından biri ilə Lillehammerdə məşq edib. Mütəxəssislər onun üçün böyük gələcək proqnozlaşdırırdılar. İdmançı artıq yeniyetmələr arasında Norveç çempionatının gümüş medalını qazana bilib.

Biatlonçu bir həftə əvvəl, ötən bazar günü yoxa çıxıb. Həmin gün onun axtarışına başlansa da, maşından başqa heç bir iz tapılmayıb.

Axtarışda mülki müdafiə zabitləri, Qırmızı Xaç nümayəndələri, Sporalandın komanda yoldaşları və könüllülər iştirak edir. Ancaq həm şəhərdə, həm də onun hüdudlarından kənarda aparılan axtarışlar hələlik nəticəsiz qalıb.

Qeyd edək ki, biatlon 20 km məsafəyə təxminən hər 3–5 km-dən bir tüfəng 4 dəfə atəş açmaqla xizək yürüşüdür.

# 2262
avatar

Oxşar yazılar