İtaliya futbol klubları hazırda çətin günlərini yaşayan “Parma”ya yardım əlini uzatmaq qərarına gəliblər. Lent.az-ın məlumatına görə, onlar iflasda olan tarixi kluba maddi dəstək olmaq istəyirlər. Bu məqsədlə klublar martın 6-da bir araya gəliblər. 16 klubun nümayəndəsinin qatıldığı toplantıda İtaliya Futbol Liqasının rəsmiləri də iştirak ediblər. Nəticədə “Parma”nın cari mövsümü başa çatdırması üçün bu kluba maddi yardımın edilməsinə qərar verilib. Qeyd edək ki, 1913-cü ildə əsası qoyulan “Parma”nın təxminən 100 milyon avro borcu var. Martın 16-da məhkəmə “Parma”nın iflasa uğraması məsələsinə baxacaq. Bundan sonra digər klubların yardımına icazə veriləcəyi gözlənilir.

Oxşar yazılar

Ronaldo “Qızıl top”unun birini satdı – SƏBƏB
17 iyul 2025 , 19:20
Elnenini xatırlayırsınız? Ərəb klubuna keçəndən sonra arvadını aldadıb - yeni sevgilisi hamilədir
17 iyul 2025 , 14:55
"Mançester Yunayted" heç bir oyunçu satmadan 24 milyon avro qazandı
17 iyul 2025 , 12:39
“Real”ın yeni futbolçusu klubun lənətlənmiş nömrəsini götürdü - Uğur qazanacaqmı?
17 iyul 2025 , 09:39
Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?
17 iyul 2025 , 02:35
Futbolda penalti vurulması qaydası dəyişdirilir?
16 iyul 2025 , 22:48
Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub - SİYAHI
16 iyul 2025 , 19:20