AFFA prezidenti Rövnəq Abdullayev "Bakı"ya kömək etmək qərarına gəlib. Ciddi maliyyə sıxıntısı yaşayan paytaxt təmsilçisi, bilindiyi kimi, bilavastə federasiya başçısının sayəsində Premyer Liqaya buraxıldı. Baş katib Elxan Məmmədov, eləcə də "Bakı"nın bəzi rəsmiləri istəyirdi ki, klubu başqaları götürsün, yaxud qurumun öz nəzarəti altına keçsin. Rövnəq Abdullayevin Hafiz Məmmədovla görüşündən sonra dəqiqləşdi ki, çempionatın tərkibində heç bir dəyişiklik olmayacaq, "Bakı" həminki rəhbərliklə yoluna davam edəcək. Lent.az-ın sportinfo.az-a istinadən verdiyi məlumata görə, ölkənin futbol həyatına cavabdeh şəxs indi də "Bakı"ya dəstək verməkdədir. O, "Neftçi" ilə oyuna çıxmaq və Qəbələyə getmək istəməyən komandaya maliyyə ayırmağı vəd edib. Daha doğrusu, özü köməyini "zolaqlılar"a təklif edib. R. Abdullayev "Bakı"ya 10 milyon manatlıq yardım söz verib. Onun 7 milyonu klubun bütün borclarını bağlamağa, qalanı isə mövsümü başa vurmağa gedəcək.

Oxşar yazılar

Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39
“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı
18 iyul 2025 , 00:39
Azərbaycanın iki güləşçisi Macarıstanda gümüş medal qazandı
17 iyul 2025 , 22:32