“Yuventus” qapıçısını itirdi
09 avqust 2022 19:45 (UTC +04:00)

“Yuventus” qapıçısını itirdi

“Yuventus” ciddi itki ilə üzləşib.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, Turin təmsilçisinin qapıçısı Voyçex Şensnı zədələnib.

Polşalı qolkiper ayaq əzələsindəki xəsarət üzündən üç həftə buraxacaq. O, “Atletiko” ilə yoldaşlıq oyununun birinci hissəsində özünü pis hiss etdiyi üçün əvəzlənib. Bu üzdən Şensnı A seriyasında mövsümün startını buraxmalı olacaq.

Qeyd edək ki, “Yuventus” “Atletiko” ilə qarşılaşmada 0:4 hesabı ilə uduzub. 

# 1938
avatar

Oxşar yazılar