Zədəsi belə "Barselona"ya pul qazandırır - 143 min avro TƏZMİNAT
28 mart 2026 19:03 (UTC +04:00)

Zədəsi belə "Barselona"ya pul qazandırır - 143 min avro TƏZMİNAT

0

Beynəlxalq Futbol Federasiyası (FİFA) “Barselona” klubuna hücumçu Rafinyanın zədəsinə görə kompensasiya ödəməli olacaq. Çünki onun bərpa müddəti Klubların Müdafiəsi Proqramına əsasən tələb olunan minimum 28 günlük yoxluq müddətini keçəcək.

Lent.az xəbər verir ki, martın 27-də “Barselona” Rafinyanın sağ budunun arxa əzələsinin (hamstring) zədələndiyini açıqlayıb. Bildirilib ki, 29 yaşlı futbolçunun təxminən beş həftə ərzində bərpa olunacağı gözlənilir.

Məlumata görə, əgər Rafinya həqiqətən beş həftə sonra, 28–29 aprel tarixlərində meydanlara qayıtsa, Kataloniya klubu minimum 143 836 avro məbləğində kompensasiya alacaq. Bu məbləğ isə beş həftəni keçən hər əlavə gün üçün daha da artacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar