Zlatan İbrahimoviç, futbolçu
16 mart 2021 10:11 (UTC +04:00)

Zlatan İbrahimoviç, futbolçu

Zlatan İbrahimoviç yığmaya çağırıldı

0

Zlatan İbrahimoviç yenidən İsveç millisinə dəvət alıb.

Apasport.az saytının məlumatına görə, İtaliyanın “Milan” klubunun 39 yaşlı hücumçusunun adı yığmanın ilkin heyətinə daxil edilib.

O, skandinaviyalıların DÇ-2022-nin seçmə mərhələsinin bu ay keçiriləcək Gürcüstan və Kosovo ilə oyunları, həmçinin Estoniya ilə yoxlama görüşündə forma geyinə bilər. Lakin onun millinin düşərgəsinə yollanması futbolçunun durumundan asılı olacaq. Fevralın 28-də keçirilən “Roma” ilə görüşdə (2:1) zədələnən Zlatan tam bərpa olunsa, yenidən yığmanın sıralarında olacaq.

Qeyd edək ki, 2001-ci ildən yığmada çıxış edən İbrahimoviç 116 matçda 62 qol vuraraq komandanın ən yaxşı bombardiridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2489

Oxşar yazılar