Bir neçə müəssisəyə istehsal qadağası –
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti bir neçə müəssisədə monitorinq keçirib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar şəhəri, Müqtədir küçəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülarə Hacıyevaya məxsus çörək sexində dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal həyata keçirilir, müəssisə texnoloji sənədlər olmadan fəaliyyət göstərir, sexdə sanitar norma və qaydalara riayət edilmir. Aşkar edilən bu və digər nöqsanlara görə fiziki şəxs Gülarə Hacıyevaya məxsus sexdə çörəyin istehsalı və satışı qadağan edilib, inzibati protokol tərtib edilərək 1500 manat məbləğində cərimə edilib.
Həmçinin komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Oğuz şəhəri, Xal-Xal yolu 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Akif Ənsərova məxsus maye qaz doldurma məntəqəsində dövlət nəzarəti aparılıb. Maye qaz məhsullarının satışı üçün alınan lisenziyanın qüvvədə olma müddəti başa çatdığı, istifadə olunan 4 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçmədən istismar olunduğu aşkar edilib. Həmin məntəqədə maye qaz məhsullarının satışı qadağan edilib.
Komitə Sumqayıtda “Vüsal-B” firmasında qənd istehsalı sexində və “VAT “MMC-də portlandsement istehsalına dövlət nəzarəti aparılıb. Rast gəlinən nöqsanlara görə, hər iki müəssisədə məhsulların istehsalına qadağa qoyulub.
Komitənin Yevlax Ərazi İdarəsi tərəfindən Bərdə şəhəri, Koroğlu küçəsi 68 ünvanında fəaliyyət göstərən fiziki şəxs Etiram Sədiyevə məxsus limonad sexində dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəssisədə məhsulun gigiyenik, sanitar norma və qaydalara riayət olunmadan hazırlanması aşkar edilib. Buna görə də , sexdə “duşes” limonadının istehsalı və satışı qadağan edilib .

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09