Kür çayı üzərində yeni körpü tikilir
Lent.az-ın Azəryolservis ASC-nin saytına istinadən verdiyi məlumata görə, Ələt-Astara avtomobil yolunun 54+410-cu km-dən başlayan körpünün tikintisi 55+800-cü km-də başa çatacaq. 2 gediş və 2 gəliş üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 362,92 metr, yanaşma yolları 1037,08 metr, qabariti isə 24,5 metr təşkil edəcək.
6 dayaqlı körpünün aşırımlarından 4-ü kəsilməz tir sistemli, 1-i isə kəsilən tağvari fermalı, sonradan gərginləşdirilmiş dəmir-beton tirlərdən ibarət olacaq. Artıq layihə üzrə bütün dayaqlarla yanaşı, 3 ədəd dairəvi, 1 ədəd düzbucaqlı boru, 1 ədəd heyvan keçidi və eni 9 metr, hündürlüyü 5 metr olan tunelin tikintisi başa çatdırılıb. Hazırda uzunluğu 151,08 metr olan ən böyük aşırım qurğusunda estakadalar qurulub, digərlərinin isə tikintisinə hazırlıq gedir.
Ümumilikdə layihə üzrə tikinti işlərin 48 faizi yerinə yetirilib. Layihənin 2013-cü ilin iyul ayının sonunda başa çatdırılması planlaşdırılır.

Oxşar yazılar

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
30 iyul 2025 , 11:35