Azərbaycan və Litva arasında mühüm saziş
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Litva Respublikasının daxili işlər naziri Arturas Melianasın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
APA-nın məlumatına görə, sentyabrın 7-də Qəbələdə keçirilən görüşdə fövqəladə hallar zamanı əməkdaşlıq, iki ölkə mütəxəssislərinin birgə iştirakı ilə fövqəladə hallar sahəsində kadrların hazırlanması, birgə təlimlərin keçirilməsi məsələləri müzakirə edilib. Sonra iki ölkənin hökumətləri arasında fövqəladə halların qarşısının alınması, aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanıb.
Qeyd edək ki, Litvanın daxili işlər naziri Arturas Melianas və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının Komandanlığının və nazirliyin akademiyasının fəaliyyəti ilə tanış olub.

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09