(R) DəmirBank-ın Nərimanov filialı müştərilərə bank seyfləri icarəsi xidmətini təqdim edir
DəmirBank-ın Nərimanov filialında pulların, qiymətli əşyaların, sənədlərin və sair əşyaların saxlanılması üçün müştərilərə “Bank seyflərinin icarəsi” xidməti təqdim edilib.
Müştərilər qiymətli əşyalarını Nərimanov filialının (Həsənoğlu küç. 13f) bank seyflərində saxlamaqla onların təhlükəsizliyini daha yaxşı təmin edirlər. Çünki oğurluq, qarət, yanğın və bu kimi hallardan qorunmaq üçün Bankda texniki avadanlıq və yüksək səviyyədə təhlükəsizlik sistemi mövcuddur.
Bank seyflərinin yerləşdiyi depozitariy siqnalizasiya və yanğın əleyhinə sistem ilə təchiz olunub. Bank seyfini açmaq üçün yüksək məxfilik tələblərinə cavab verən xüsusi kilidin hər iki açarı müştərinin özündə saxlanılır. Saxlanılan qiymətlilər barədə heç bir məlumatın açıqlanması tələb edilmir.
Bank seyfini icarəyə götürmək üçün müştəri şəxsiyyət vəsiqəsi ilə Bankın filialına yaxınlaşır və müqavilə imzalayır. Müqavilənin müddəti ərzində müştəri hər dəfə seyfdən istifadə etmək istədikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Aylıq icarə haqqı seyfin ölçüsündən asılı olaraq 5 – 20 AZN məbləğində dəyişir.
Qeyd edək ki, DəmirBank-ın Nərimanov filialı ilə yanaşı Əməliyyat İdarəsi (Qarabağ küç. 31) və Sumqayıt filialında da (C. Məmmədquluzadə küç. 7) bank seyfləri mövcuddur.
Ölkənin ilk banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Oxşar yazılar

Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20