4 milyard 180 milyon manat
13 sentyabr 2012 16:07 (UTC +04:00)

4 milyard 180 milyon manat

Bu ilin yanvar-avqust aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 179 milyon 983,3 min manat təşkil edib. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, vergi daxilolmalarının 39,7 faizi mənfəət vergisinin, 22,8 faizi əlavə dəyər vergisinin, 12,4 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,5 faizi aksizlərin, 17,6 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə 2 milyard 191 milyon 753,5 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,9 faiz çoxdur. Yanvar-avqust aylarında respublika üzrə 49 min 406 vergi ödəyicisi qeydə alınmışdır. 2011-ci ilin iyul ayının 1-dən cari ilin sentyabr ayının 1-dək 40 min 483 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 sentyabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 462 min 106 olub. Yanvar-avqust ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,5 faiz təşkil edib.
# 1710

Oxşar yazılar