Azərbaycan və Koreya şirkətləri arasında işgüzar görüş keçirilib
Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Koreyanın “RuSearch Co” şirkətinin təşkilatçılığı ilə Azərbaycan və Koreya şirkətləri arasında işgüzar görüş keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan və Koreya tərəfindən şüşə məmulatlarının, istilik sistemlərinin, tikinti materiallarının istehsalı, qida sənayesi, turizm və başqa sahələrdə fəaliyyət göstərən 50-dən çox şirkətin nümayəndəsi iştirak edib.
AZPROMO-nun rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədov Koreya şirkətlərinin nümayəndələrinə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə geniş məlumat verib, Koreya şirkətlərini Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib. O, bu sahədə AZPROMO-nun lazımı köməklik göstərəcəyini diqqətə çatdırıb. Koreyalı iş adamları Azərbaycan iqtisadiyyatının yüksək templə və davamlı inkişaf etdiyini, ölkəmizə xarici investorların marağının daha da atdığını vurğulayıblar Koreya şirkətləri də Azərbaycan sahibkarları ilə əlaqələrin genişlənməsində maraqlıdır.
İşgüzar görüşdə Azərbaycan və Koreya şirkətlərinin təqdimatları keçirilib, fəaliyyət sahələri barədə məlumat verilib, əməkdaşlıq məsələləri müzakirə edilib. Tədbirdə AZPROMO tərəfindən koreyalı iş adamlarına Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya imkanlarına dair bukletlər və müxtəlif çap məhsulları paylanıb.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28