Əmanətlərin 257,2 milyon manatı qaytarılıb
Bu ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 13.4 faiz artaraq 21.4 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 11.8 faiz artaraq 2 min 334 manata (orta hesabla ayda 291.7 manata) çatıb.
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, gəlirlərin 62.7 faizi son istehlaka, 8.6 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 26.9 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.
Avqust ayının sonuna olan məlumatlara görə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanına uyğun olaraq, keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi çərçivəsində ölkədə 547 min 950 əmanətçiyə 257,2 milyon manat ödənilib. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyul aylarında 8.4 faiz artaraq 386 manata çatıb. Sənaye, tikinti, nəqliyyat sahələrində işləyənlərin əmək haqqı daha yüksək olub və yanvar-iyul ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 591.8 manat, tikinti kompleksində 557.1 manat, nəqliyyatda 488.2 manat, rabitədə isə 618.9 manat təşkil edib.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin səkkiz ayına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9.2 faiz artaraq 11 milyard manata, pullu xidmətlərin həcmi isə 7.5 faiz çoxalaraq 3.5 milyard manata çatıb. Realizə olunmuş əmtəələrin 56.3 faizini ərzaq məhsulları, 43.7 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 1.0 faiz və 22.1 faiz artıb. Bu ilin səkkiz ayında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 851.7 min manatlıq qeyri-ərzaq malları və 53.4 min manatlıq ərzaq məhsulları satılıb.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28