Neftçilər prospekti tam istifadəyə verildi
0
0
Bu gündən Neftçilər prospekti tam olaraq paytaxt sürücülərinin istifadəsinə verilib. Bu barədə «APA-Economics»ə açıqlamasında «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, bir müddət qabaq Neftçilər prospektinin Azadlıq prospekti ilə kəsişməsindən «Dalğa Plaza»ya qədər hissəsi istifadəyə verilib: «Dəniz Vağzalından Yusif Səfərov küçəsinədək olan hissədə də asfalt-beton işləri baş çatdırılıb. Həmin hissədə işlər yekunlaşaraq, prospekt bu gündən tam olaraq sürücülərin istifadəsinə verilib»,- deyə P.Mürsəliyev qeyd edib.
Qeyd edək ki, Neftçilər prospektində əsaslı təmir işlərinə bu ilin iyul ayından başlanılıb.
Qeyd edək ki, Neftçilər prospektində əsaslı təmir işlərinə bu ilin iyul ayından başlanılıb.
0
0