TANAP-ın tikintisinə gələn ilin sonunda başlanacaq
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, bu layihə bir neçə gün əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə geniş müzakirə edilib və hazırda layihə üzrə işlər sürətlə həyata keçirilir: «Layihə ilə bağlı işlər başlanıb, kəmərin keçəcəyi yerlərdə düzənləmə işlərinə başlanıb, ekoloji raport hazırlanır, kəmərin keçdiyi torpaqların sahiblərindən alınmasına hazırlıq gedir, paralel olaraq səhmdarların müqaviləsi hazırlanır. Biz çalışırıq ki, gələn ilin sonuna tikinti işləri başlansın ki, 2017-ci ildə ilk qazın Türkiyə və Avropaya nəqlini həyata keçirək».
ARDNŞ Türkiyədə neft məhsullarının pərakəndə satış şirkəti də yaradıb. R.Abdullayevin sözlərinə görə, bu şirkət ARDNŞ-ın Türkiyədə inşa etdiyi neft emalı zavodunun məhsullarının satışı ilə məşğul olacaq. Hələlik ARDNŞ yanacaqdoldurma məntəqələri açmağa tələsmir, əsas məqsəd Türkiyənin bütün bölgələrində neft satışı bazalarının yaradılmasıdır.
ARDNŞ-ın xaricdə investisiya qoyuluşları ilə bağlı məlumat verən R.Abdullayev bildirib ki, şirkət Yunanıstanın DEPA qaz şirkətinin özəlləşdirilməsi ilə maraqlanır, amma hələlik bununla bağlı son qərar verilməyib: «Bu aktivlər maraqlıdır. Biz bu tenderin aktiv iştirakçılarından biriyik və münasib olsa, onları alacağıq».

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28