Azərbaycanın ümumi qaz ehtiyatlarının həcmi 2,5 trln. kubmetrə çatıb
“APA-ECONOMICS”in xəbərinə görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda keçirilən “Neft, Qaz və Media” konfransında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Supsa neft kəmərləri Azərbaycanın Qərblə siyasi əlaqələrini təmin edən körpü rolunu oynayır: “Son illər Azərbaycan qaz ixracatçısı kimi də mövqeyini möhkəmləndirib. Ötən il kəşf olunan “Ümid” qaz yatağının ehtiyatları 200 mlrd. kubmetr təşkil edir və burda quraşdırılacaq platformanın gücünün 6 mlrd. kubmetr olduğunu nəzərə alanda, bu yataqdan 30 il ərzində qaz ixrac etmək mümkün olacaq. “Abşeron” yatağının ehtiyatları isə 350 mlrd. kubmetr təşkil edir ki, bu yataqların kəşfindən sonra Azərbaycanın ümumi qaz ehtiyatlarının həcmi 2 trln. 550 mlrd. kubmetrə çatıb”.
N.Əliyev xatırladıb ki, Azərbaycan neft-qaz nəqli üçün tranzit ölkəyə də çevrilməkdədir: “Artıq Qazaxıstan nümayəndələri bu ölkənin ən böyük neft yataqlarından biri olan “Kaşaqan” yatağının ikinci fazası çərçivəsində çıxarılacaq neftin Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqlində maraqlı olduğunu bildirib. İlkin olaraq bu kəmərlə sutkada 500 min barel Qazaxıstan neftinin nəqli gözlənilir ki, bu da ildə 23,5 mln. ton neft deməkdir. Gələcəkdə bu rəqəmin 35 mln. tona çatdırılması gözlənilir”.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28