Azərbaycan Dövlət Neft Fondu 10 ton qızıl alıb
Lent.az-ın İTV-yə istinadən məlumatına görə, hazırda həmin qızıllar London banklarında saxlanılır və ölkəyə gətirilməsi ilə bağlı hazırlıq işləri aparılır.
Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib ki, ölkəyə gətiriləcək qızılın gömrük rüsumlarından azad olunması ilə bağlı Nazirlər Kabinetinə də müraciət edilib: " Dövlət Neft Fondunun idxal etdiyi fiziki qızılın gömrük yığımlarından azad edilməsi haqqında təkliflə müraciət etmişik. Bu məsələ həll olunandan sonra qızılın ölkəyə gətirilməsinə başlanacaq. Qızıl Mərkəzi Bankın xüsusi anbarlarında saxlanacaq."
Ş.Mövsümov onu da bildirib ki, Fondun gələn il üçün büdcə layihəsinin hazırlanması prosesi də başa çatmaqdadır. Bundan başqa fond tərəfindən iri neft-qaz layihələrinin maliyyələşdirilməsi də nəzərdə tutulub.
İndiyədək fond xarici şirkətlərin səhmlərinin alınmasına 200 milyon dollar vəsait yatırıb. İlin sonunadək isə bu məbləğ 600 milyon dollara çatdırılacaq. Yaxın günlərdə fond bir neçə ölkədə daşınmaz əmlak da alacaq.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28