Azərbaycan UPİ-nin Poçt Əməliyyatları Şurasına üzvlüyə namizəddir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, oktyabrın 15-dək davam edəcək tədbirdə 192 üzv ölkənin iştirakı gözlənilir.
Azərbaycanı Konqresdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri təmsil edir. Dörd ildə bir keçirilən tədbirdə növbəti dövr üçün strategiya (Doha Poçt Strategiyası) qəbul olunacaq, dünya ölkələrinin təqdim etdikləri təkliflər müzakirə olunacaq. Azərbaycan poçt administrasiyası tərəfindən də təkliflər paketi müzakirə üçün təqdim edilib. Bu təkliflər ümumiyyətlə poçt sahəsinin işinin təkmilləşdirilməsi və tənzimlənməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlib.
Doha Konqresində UPİ-nin Beynəlxalq Bürosuna yeni baş direktor və müavinlər seçiləcək, İttifaqın ali orqanları – Administrativ Şura və Poçt Əməliyyatları Şurasına seçkilər keçiriləcək. Azərbaycan Administrativ Şuraya ardıcıl olaraq 2 dəfə üzv seçildiyindən növbəti dövr üçün mövcud qaydalara uyğun olaraq namizədliyini irəli sürməyib, lakin Poçt Əməliyyatları Şurasına üzvlüyə namizəddir. Müzakirələr nəticəsində Konqresin sonunda UPİ-nin yekun aktları qəbul olunacaq.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28