“Ləziz” mağazasında zay məhsullar aşkarlandı – FOTO
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti 66 ünvanda fəaliyyət göstərən fiziki şəxs Ağəli Hüseynova məxsus “Ləziz” nişanlı mağazanın istehsal sexlərində aparılan dövlət nəzarəti zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan məhsullar üçün texnoloji təlimat, müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturalar yoxdur. Buna görə də məhsullar vitrinlərdə qeyri-müəyyən müddətədək saxlanılır. Bundan başqa istehsal olunan məhsullardan kulinariya məmulatlarının, bilinçiklərin, hazır yeməklərin, piçanın, dana bujaninasının, göbələk salatının, dovğanın və s. məhsulların uyğunluq və gigiyenik sertifikatları yoxdur. Xammallardan ətin, qara ciyərin baytarlıq və mənşə sənədləri yoxlamaya təqdim edilməyib. Məhsulların saxlanma rejimləri müxtəlif olsa da onlar eyni
anbarda və uyğun olmayan şəraitində saxlanılır. Həmçinin müəyyən edilib ki, müəssisənin istehsal şəraiti qeyri-qənaətbəxşdir. Plovun, isti yeməklərin
hazırlandığı yer mövcud sanitariya normalarına cavab vermir.
Aşkar olunan nöqsanlarla bağlı müəssisəyə iradnamə və normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsalının satışını qadağan edən tələbnamə verilib, inzibati protokol tərtib edilib.
Jalə

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09