
Yararsız vəziyyətə düşən Şamaxı-Padar yolu yenidən qurulur – FOTO
Lent.az-ın “azeryol.az” saytına istinadən verdiyi məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 121-ci km-dən başlayan yolun 28 km hissəsi asfalt-beton, qalan 25 km hissəsi isə qara örtüklüdür. Ancaq 80 faizdən çox hissəsi istismara yararsız vəziyyətdə olan 53 km-lik hissədə əksər yerlərdə torpaq yatağı aşınmaya məruz qalıb, yol geyimində çoxlu sayda sınmalar, çalalar, çökmələr yaranıb. Yol boyu 1 ədəd körpü, Bakı-Tbilisi dəmir yolu xətti üzərində yol ötürücüsü və 42 ədəd suötürücü boru var. 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması davam etdirilən yolda artıq 10 km hissəyə 3 qat asfalt-beton örtük salınıb, 27 km məsafədə isə yolun əsasının tikintisi başa çatdırılıb.
Qeyd edək ki, bu yol Bakı-Qazax-Gürcüstan sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarını respublikanın cənub, cənub-qərb rayonları ilə əlaqələndirir.
Qeyd edək ki, bu yol Bakı-Qazax-Gürcüstan sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarını respublikanın cənub, cənub-qərb rayonları ilə əlaqələndirir.
Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09