(R) “Azercell Telekom” Karyera Günü və İş Yarmarkasında iştirak edib
02 oktyabr 2012 13:18 (UTC +04:00)

(R) “Azercell Telekom” Karyera Günü və İş Yarmarkasında iştirak edib

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi və Amerika Mərkəzi tələbələr və məzunlar üçün sentyabr 29-da Karyera Günü və İş Yarmarkası təşkil edib. Tədbirin keçirilməsində məqsəd öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir. Yarmarka zamanı iştirakçılar üçün “CV-nin yazılması və müsahibə bacarıqları” üzrə təlim sessiyaları, iş axtarışı, ictimai sektorda uğurlu karyeranın qurulması mövzuları üzrə sessiyalar keçirilib. Günün ikinci yarısında tələbə və məzunların müxtəlif yerli və beynəlxalq şirkətlərinin nümayəndələri ilə görüşməsi və bu şirlkətlərdə işləməyin fayda və imkanları haqqında məlumat verilib.

Hər zaman gənclərə dəstək olan “Azercell Telekom” MMC-nin İnsan Qaynaqları departamentinin əməkdaşları da Karyera Yarmarkasında aktiv şəkildə iştirak ediblər. İşə qəbul şöbəsinin əməkdaşları “Azercell”də işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat verib, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar. Karyera Yarmarkasının ən maraqlı məqamlarından biri də Azercell-in təşəbbüsü ilə tədbirdə iştirak edən 250-yə yaxın tələbə arasında “Azercell viktorina” oyununun təşkil edilməsi olub. Belə ki, şirkət haqqında sualları doğru cavablandıran və lotereyada qalib çıxan iştirakçı yeni “iPad Wi-Fi+Cellular” qazanıb.

Qeyd edək ki, “Azercell Telekom” MMC daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq “Azercell”in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, “Azercell”in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir və Karyera Günlərinin sonunda şirkətdəki vakant vəzifələr üçün CV-lər və ərizə formaları toplanılır.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
# 1581

Oxşar yazılar