Azərbaycanda 7500 yeni iş yeri yaradılacaq
Bu ilin ötən dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2 min 50-yə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 173.8 milyon manatadək güzəştli kredit verilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda Biləsuvar rayonunda keçirdiyi tədbirdə Fondun icraçı direktoru Şirzad Abdullayev söyləyib.
Bu kreditlər hesabına 7500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Şirzad Abdullayev deyib ki, bu ilin əvvəlindən Aran iqtisadi rayonunda 870-dən çox sahibkara 55,1 mln. manat, ümumilikdə isə indiyədək 5 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 240 milyon manatadək güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş müəssisələrdən 46-ı istifadəyə verilib, 17 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulub. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 1,8 milyon manatdan çox güzəştli kredit verilib. Bu layihələrin reallaşması 120-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04